"Neftçi”də oynamaq mənim üçün şərəf idi" - Ayrılıq naməsi yazdı

3 İyun 01:50 Neftçi 1 167
"Neftçi”də oynamaq mənim üçün şərəf idi" - Ayrılıq naməsi yazdı

“Neftçi”dən ayrılanYuri Matias komanda ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi "instaqram" hesabında bunları yazıb:

“Neftçi" ailəsindən hər kəsi salamlayıram. Artıq vidalaşmağın vaxtıdır.

Hər şeyə görə təşəkkür edirəm və hamınıza uğurlar arzulayıram. "Neftçi” karyeramda ən çox oyun keçirdiyim və ən çox qol vurduğum kluba çevrildi.

Bu cür tarixi olan klubda oynamaq mənim üçün şərəf idi".

30 yaşlı müdafiəçi 2022/2023 mövsümünün əvvəlindən “Neftçi”nin formasını geyinirdi. Bu müddət ərzində braziliyalı 71 oyun keçirib və 10 qol vurub.

O, "Neftçi"yə qədər "Amerika", "Akademika", "Traktor", "Qaz Metan", "ÇFR Kluj" klublarında oynamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyun 02:40 "Problemimiz olmadı"