“Qarabağ”ı udandan sonra... “Sabah”da bayram atəşfəşanlığı bu VİDEOda

1 İyun 2025 08:30 Hadisə 1 489
“Qarabağ”ı udandan sonra... “Sabah”da bayram atəşfəşanlığı bu VİDEOda

Azərbaycan Kubokunun 2024/25 mövsümünün mükafatlandırma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə mükafatları AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və PFL-in prezidenti səlahiyyətlərini yerinə yetirən Elgiz Abbasov təqdim ediblər.

Əvvəlcə "Qarabağ" – "Sabah" matçının (2:3) ədalət təmsilçiləri xatirə hədiyyələri alıb. AFFA nümayəndəsi, hakim-inspektor və hakimlər briqadası fəxri kürsüyə qalxıb.

Misli Premyer Liqasının bombardiri Leandro Andradeyə (15 qol) xüsusi mükafat təqdim olunub.

Ardınca finalda uduzan "Qarabağ"ın üzvləri mükafatlarını alıblar. Ən sonda kürsüyə kubokun qalibi "Sabah"ın oyunçuları çıxıb. Öncə futbolçu və məşqçi heyətinə qızıl medallar təqdim olunub.

Kapitan Amin Seydiyev kuboku başı üzərinə qaldırıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi