
"Neftçi"nin yeni mövsüm üçün heyətinə qatacağı futbolçular arasında qapıçı da yer alacaq.
Baş məşqçi Samir Abasov Rza Cəfərovun çıxışından tam razı deyil.
Təcrübəli mütəxəssis çərçivəni daha etibarlı əllərə tapşırmaqda qərarlıdır.
Bu istiqamətdə işlər başlayıb.
Bir neçə kiperlə danışıqlar aparılır.
Hamısı əcnəbi olan adlar arasında ölkəmizdə çıxış etmiş tanış simalar da var.
Bu isə o anlama gəlir ki, Rza yeni mövsümə ikinci qapıçı kimi start verəcək.
Millimizin üzvü yalnız rəqabətdə qalib ayrıla bilsə, əsas heyətdə onu yenidən görə bilərik.
SPORTİNFO.AZ