Qurban Qurbanov: “Özlərini idarə etmələri üçün danışıqlar aparırıq” - VİDEO

2 İyun 02:30 Qarabağ 589
Qurban Qurbanov: “Özlərini idarə etmələri üçün danışıqlar aparırıq” - VİDEO

“Qarabağ” Azərbaycan kubokunun final matçında “Sabah”la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatan və əlavə vaxtın son dəqiqələrində qapısında qol görərək məğlub olan “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov futbolçularının yaxşı oyun keçirdiyini bildirib:

“Sabah”ı təbrik edirəm. Futbolçularım yaxşı oyun keçirdilər.

Həm kubokda, həm Avropa Liqasında, həm də, milli komandada çıxış edirlər mövsümboyu. Belə olan halda futbolçuları motivasiya etmək çətin olur.

Belə oyunlarda aqressiya yüksək olur. Bu gün bizim üçün gərgin keçdi.

Oyunçularla həm meydanda, həm də ondan kənarda özlərini idarə etmələri üçün danışıqlar aparırıq.

Futbolda belə hallar olur. Belə oyunlar hakimlər üçün asan olmur”.

Digər Xəbərlər
Xəbər Lenti