Premyer Liqada mövsümün son “qara siyahı”sı

28 May 2025 08:40 Premyerliqa 1 256
Premyer Liqada mövsümün son “qara siyahı”sı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasında mövsümün sonun turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

24.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun “Sabah” – “Neftçi” oyununun 50-ci dəqiqəsində “Sabah” klubunun 4 nömrəli futbolçusu Sofian Çakla ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

24.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun “Sabah” – “Neftçi” oyununun 76-cı dəqiqəsində “Neftçi” klubunun 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 41);

25.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun “Turan Tovuz” – “Kəpəz” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti