
Xəbər verdiyimiz kimi, “Neftçi” dünən 7 futbolçusu ilə yollarını ayırıb.
6 nəfər - Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb.
Bu oyunçularla kontrakt yenilənməyib. Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah”a qayıdıb.
Paytaxt təmsilçisi mövcud siyahı ilə kifayətlənməyəcək. Bu barədə klubdan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, qarşıdakı günlərdə daha 4-5 oyunçunun yola salınması planlaşdırılır. Onlar da əsasən legionerlərdir.
Hətta bu rəqəmin bir qədər də artması istisna olunmur.
Hər halda Samir Abasovun fikri ciddidir - baş məşqçi düşərgənin əvvəlkilərdən davha çox təmizlənməsini istəyir.
SPORTİNFO.AZ