Avropa Liqasında ölkəmizi təmsil edəcək klubda İLK ANLAŞMA imzalandı

2 İyun 2025 17:00 Sabah 2 772
Avropa Liqasında ölkəmizi təmsil edəcək klubda İLK ANLAŞMA imzalandı

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sabah" heyətin komplektləşdirilməsinə start verib.

Artıq ilk anlaşma da var.

Söhbət Rəhman Daşdəmirovdan gedir.

"Tələblər" 25 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalayıb.

Milli komandamızın üzvü növbəti mövsüm də "Sabah"ın şərəfini qoruyacaq.

Mərkəz müdafiəçisi arxada qalan mövsüm meydana çıxdığı 24 qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Neftçi"nin yetirməsi daha əvvəl MOİK və "Şamaxı" klublarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?