“Neftçi”nin dirçəlişi, “Zirə”nin çempionluğu, 19 xal yığanın avrokuboklara vəsiqəsi

28 May 21:20 Premyerliqa 644
“Neftçi”nin dirçəlişi, “Zirə”nin çempionluğu, 19 xal yığanın avrokuboklara vəsiqəsi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü mövsümü başa çatdı.

“Qarabağ” qızıl medallara sahib oldu, “Zirə” yarışı ikinci, “Araz-Naxçıvan” üçüncü pillədə başa vurdu.

İşin maraqlı tərəfi qış fasiləsindən sonra, yəni çempionatın ikinci yarısında ilk “4-lük”də yer alan komandaların mövsümü elə həmin mövqedə başa vurmasıdır. Yalnız zirəlilərlə naxçıvanlıların 2-3-cü pillələri dəyişdirdiyini deyə bilərik.

2024/25 “futbol ili”nin ikinci yarısı bəzi komandaların dirçəlişi, bəzilərinin süqutu ilə diqqət çəkdi.

Hər nə qədər maraqlı görünsə də, son 18 oyunun qalibi adını “Qarabağ”ı qabaqlayan “Zirə” qazandı.

Çempionatın ilk yarısında cəmi 17 xal qazanan “Neftçi” qış fasiləsindən sonra aktivinə 26 xal yazdırdı.

“Turan Tovuz” qışa qədər rəqiblərindən 32 xal almışdısa, yanvardan maya qədər olan göstərici 23 xal oldu.

“Araz-Naxçıvan” isə çempionatın ilk yarısında topladığı xallara görə avrokuboklara vəsiqə qazandı. “Qırmızı-ağlar” qış fasiləsinə 39 xalla ikinci pillədə yollandığı halda, mövsümün ikinci yarısında cəmi 19 xal əldə etdi.

Yanvardan sonra ən az xal qazanan komandalar isə “Səbail”lə “Sumqayıt”dır – hərəsinə 13 xal.

Mövsümün ikinci yarısının simvolik turnir cədvəlini təqdim edirik.

1. Zirə 18 14 2 2 44

2. Qarabağ 18 13 3 2 42

3. Neftçi 18 7 5 6 26

4. Turan Tovuz 18 6 5 7 23

5. Sabah 18 4 10 4 22

6. Kəpəz 18 5 6 7 21

7. Araz-Naxçıvan 18 3 10 5 19

8. Şamaxı 18 5 3 10 18

9. Sumqayıt 18 3 4 11 13

10. Səbail 18 2 7 9 13

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti