“İnter” finalda dayana bilmədi, PSJ yırtıcı təfəkkürlə oynadı”

1 İyun 20:25 Çempionlar Liqası 175
“İnter” finalda dayana bilmədi, PSJ yırtıcı təfəkkürlə oynadı”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand UEFA Çempionlar Liqasının finalında PSJ-nin “İnter” üzərində inamlı qələbəsini şərh edib.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“İnter” finalda dayana bilmədi. Komanda parislilərin həmləsinin öhdəsindən gələ bilmədi. Luis Enrikenin yetirmələri ilk dəqiqələrdən oyunu ələ keçirdilər.

Onlar aqressiv oynadılar və güclü pressinq etdilər. PSJ yırtıcı təfəkkürlə oynadı”.

PSJ – “İnter” final matçı Münhendəki “Alyanz Arena”da baş tutub. Fransa klubu rəqibini 5:0 hesabı ilə darmadağın edib. Parislilər tarixdə ilk dəfə Çempionlar Liqasının qalibi olublar.

Digər Xəbərlər
Xəbər Lenti