
Premyer Liqanın sonuncu turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
İki komandadan dörd futbolçu meydana çıxmaqdan məhrum olub.
Bunlar “Sumqayıt”ın üzvləri Vüqar Mustafayevlə Rəşad Əzizli, “Kəpəz”in oyunçuları Paçu Lira ilə Əli Səmədovdur.
Vüqarla Rəşad 34-cü turda aldıqları qırmızı vərəqəyə görə kənarda qalacaqsa, Paçu və Əli “Qarabağ”la görüşdə sarı vərəqə limitini doldurub.
Mayın 23-də “Səbail” – “Sumqayıt”, ertəsi “Şamaxı” – “Qarabağ”, “Sabah” – “Neftçi”, mayın 25-də “Araz-Naxçıvan” – “Zirə”, “Turan Tovuz” – “Kəpəz” qarşılaşmaları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ