AFFA-nın icraçı vitse-prezidenti yığmadan nə gözləyir?

2 İyun 04:00 Milli komanda 318
AFFA-nın icraçı vitse-prezidenti yığmadan nə gözləyir?

"Azərbaycan millisindən əzmkar oyun və yaxşı nəticələr gözləyirik".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

Qurum rəsmisi Azərbaycan millisinin Latviya və Macarıstan yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını dəyərləndirib:

"Bildiyiniz kimi, hər iki qarşılaşma yoxlama xarakteri daşıyır. Milli 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşır.

Təbii ki, yoxlama görüşləri də olsa, komandamızdan əzmkar oyun və qələbə gözləyirik.

Heyətlə bağlı suallar adətən baş məşqçiyə verilir. Yəqin ki, müəyyən dəyişikliklər olacaq".

O, mayın 21-də Bakıda start götürəcək minifutbol üzrə dünya çempionatı barəsində də danışıb:

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya ilə üz-üzə gələcək. Komanda 3 gün sonra “Liv Bona Dea Arena”da Macarıstanla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti