"Futbolçularıma dedim ki, bu şəkildə oynasaq, yenə qalib gələcəyik"

1 İyun 16:55 İspaniya 661
"Futbolçularıma dedim ki, bu şəkildə oynasaq, yenə qalib gələcəyik"

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandası ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis xüsusilə, “Atletiko” ilə oyunda göstərilən performansı yüksək qiymətləndirib.

“Komandamdan gördüklərim, xüsusilə, “Atletiko” ilə qarşılaşmada, sadəcə fantastik idi. Futbolçularıma dedim ki, bu şəkildə oynasaq, yenə qalib gələcəyik”.

“Barselona” İspaniya La Liqasının son mövsümündə “Real”ı 4 xal qabaqlayaraq çempion olub. Klub həmçinin, ölkə kuboku və superkubokunu da qazanaraq mövsümü üç titulla başa vurub.

Yeni La Liqa mövsümünün 8-15 avqust tarixləri arasında start götürəcəyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyun 02:40 Azərbaycana gəlmədi