Çempion komandanı narahat edən sual indi budur!

2 İyun 16:40 Qəbələ 525
Çempion komandanı narahat edən sual indi budur!

Bir illik fasilədən sonrs Premyer Liqaya qayıdan “Qəbələ”nin yay hazırlıq planı müəyyən ölçüdə məlumdur.

I Liqada çempion adını qazanan futbolçular istirahətə buraxılıb.

Baş məşqçi Kaxaber Tsxadadze yetirmələrinə təxminən dörd həftəlik dincəlmək imkanı yaradıb.

İyunun 20-dən sonra bir araya gələcək komanda üzvləri ilk iki həftəlik hazırlığı Qəbələdə keçəcək. Sonrakı mərhələ isə ölkə xaricində davam edə bilər. Amma bir şərtlə.

“Qırmızı-qaralar” ölkə daxilində sınaqçı rəqib tapa bilməsə, Azərbaycan hüdudlarını aşacaq. Yox, yoldaşlıq görüşləri üçün uyğun rəqiblər olsa, Qəbələni tərk etməyə gərək qalmayacaq.

Tsxadadzeni narahat edən başlıca məqam rəqib tapmaqla bağlı sualdır. Əks halda, Qəbələ kimi şəraiti yüksək olan məkanı Ərzuruma, yaxud Boluya dəyişməyə nə gərək var?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti