
“Yuventus” baş məşqçi İqor Tudoru vəzifəsində saxlamağı planlaşdırır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi xorvatiyalı mütəxəssislə əməkdaşlığı yalnız daha səviyyəli və təcrübəli bir alternativ tapılacağı halda dayandıracaq.
Klub daxilində Tudora inam olduğu bildirilir, futbolçular da ona dəstək verir. Bu inam komandanın qeyri-müəyyən nəticələrlə başa vurduğu mövsümə baxmayaraq, dəyişməyib.
Yenə də baş məşqçi məsələsində yekun qərar namizəd alternativlərlə aparılan danışıqların nəticəsindən asılı olacaq.
Tudor 2025-ci ilin martında “Yuventus”a baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında A Seriyasını 70 xalla, turnir cədvəlinin 4-cü pilləsində tamamlayıb və növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.