Sadıq Sadıqov AÇIQLADI: “Yeni mövsümdə bir başqa “Neftçi” görəcəksiz”

1 İyun 11:30 Hadisə 3 084
Sadıq Sadıqov AÇIQLADI: “Yeni mövsümdə bir başqa “Neftçi” görəcəksiz”

“Əzmkar, qalib komanda izləyəcəksiniz”.

Sportinfo.az xəbər verir ki, bunu idman.biz-ə “Neftçi” İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov deyib.

O, “Neftçi”nin Azərbaycan Premyer Liqasında cari mövsümdəki çıxışını dəyərləndirib. Sadıqov bildirib ki, komandada böyük dəyişikliklər olub:

“Düzdür, başa çatan mövsüm bir qədər uğursuz oldu. Ancaq sizi inandırım ki, yeni mövsümdə bir başqa “Neftçi” görəcəksiniz.

Həmişə “ağ-qaralar” flaqman olub, SSRİ dövründə belə öz sözünü deyib. “Neftçi” avrokubokların qrupuna düşən ilk Azərbaycan klubudur”.

O, baş məşqçi Samir Abasovun ehtiyat oyunçu skamyasında az futbolu olması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Əsaslı dəyişiklik komandanın siyasətidir. Hazırda futbol klubunun idarəçiliyindən bir qədər uzağam.

Buna baxmayaraq, gedişatı izləyirik. Samir Abasov düzgün vurğulayır.

O, hazırkı komandanın qurucusu olmayıb, komandanı çempionatın ortasından təhvil götürüb.

Baş məşqçinin taktikasına uyğun olmayanlar var ki, Samir onları yola salacaq və yeni oyunçular gətirəcək. O futbolçular da meydanda öz sözünü deyəcək”.

“Neftçi” 36 turdan sonra 43 xalla turnir cədvəlində 6-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyun 02:40 Azərbaycana gəlmədi