İyunun 2-də gözlənilən hava şəraiti - Leysan, dolu, 36° isti

2 İyun 07:00 Gündəm 177
İyunun 2-də gözlənilən hava şəraiti - Leysan, dolu, 36° isti

Azərbaycanda iyunun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22 isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyun 02:40 "Problemimiz olmadı"