COP29

Bir neçə klub AFFA-ya şikayət etdi - Bu adamın əl-ayağını yığışdırın

14 Aprel 12:20 Premyerliqa 6 291
Bir neçə klub AFFA-ya şikayət etdi - Bu adamın əl-ayağını yığışdırın

Premyer Liqada mübarizə aparan bir neçə klubun rəhbər şəxsi AFFA-ya şikayət edib.

Onlar FİFA referisi Elçin Məsiyev barəsində ölçü götürülməsi üçün federasiyaya üz tutublar.

Elita təmsilçiləri sözügedən hakimin təyinat aldığı oyunlarda özünü əsl ədalət təmsilçisi kimi aparmamasından, ayrı-seçkilik hallarına yol verməsindən, qərəzli qərarlar çıxarmasından narazılıqlarını ifadə eləyiblər.

Bildirilib ki, beynəlxalq dərəcəli «fit sahibi»nin əməlləri araşdırmalı və haqqında tədbir görülməlidir.

İdarəçiliyi barədə mənfi fikir formalaşan Məsiyev Klublar Komitəsinin son toplantısında da müzakirə mövzusu olub. Burada iştirak edən funksionerlərdən bəzisi onu «ayrı-ayrı komandaların hücumçusu» adlandırıb.

İclasa qatılan AFFA-nın yeni icraçı vitse-prezidenti Sərxan Hacıyev problemi nəzarətə götürəcəklərini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"