COP29

"Neftçi" "Zirə"ni məğlub etdi, Sumqayıtda bərabərlik - YENİLƏNİB

18 Fevral 20:00 Premyerliqa 875
"Neftçi" "Zirə"ni məğlub etdi, Sumqayıtda bərabərlik - YENİLƏNİB

Bu gün Premyer Liqada 23-cü turun daha iki oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, 2-ci pillədəki "Sumqayıt" 8-ci yerdəki "Turan Tovuz"u qəbul edib.

Görüş qolsuz bərabərliklə başa çatıb - 0:0.

Günün son qarrşılaşmasında 3-cü sıradakı "Neftçi" evdə 4-cü pillədəki "Zirə" ilə üz-üzə gəlib.

Xalları eyni olan komandaların matçında "Neftçi" qalib gəlib - 1:0. Bu qələbədən sonra "Neftçi" 35 xalla 3-cü pillədəki yerini möhkəmləndirib.

Turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

18 fevral (bazar)

15:30. “Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 10. Kamran Aliev, 9. Erik Sorqa
Baş məşqçi: Samir Abasov

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov

18:00. “Neftçi” – “Zirə” 1:0

Qol: Ervin Koffi 11

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 20. Alfa Konte

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 77. Yeqor Boqomolski

Baş məşqçi: Miodraq Bojoviç

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 55. Ramin Abdullayev, 87. İlqar Əhmədov, 19. Salifu Suma

Baş məşqçi: Rəşad Sadıqov

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"