"Neftçi" və "Qarabağ" qalib gəldi - YENİLƏNİB

5 Mart 2023 21:25 Premyerliqa 1 378
"Neftçi" və "Qarabağ" qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. "Köhlən atlar" 62 xalla liderdir. Meydan sahibləri 32 xalla 5-ci pillədə qərarlaşıb.

Tərəflər indiyədək ölkə çempionatlarında 56 dəfə üz-üzə gəliblər. Bunların 10-da "qırmızı-qaralar", 31-də Ağdam təmsilçisi meydanı üç xalla tərk edib. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 87:43.

Tura "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Tovuz klubu 26 xalla 6-cı, "ağ-qaralar" 49 xalla üçüncü sıradadır.

Komandalar bu vaxtadək iki dəfə qarşılaşıblar. Bunların 1-də bakılılar qələbə qazanıbsa, digər matç heç-heçə yekunlaşıb.

Turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" isə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.

5 mart (bazar)

17:00. “Qəbələ” – “Qarabağ” 1:3

Qollar: İsnik Alimi 31 // Ramil Şeydayev 37-pen; 68-pen, Musa Qurbanlı, 55.
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica
​Baş məşqçi: Qurban Qurbanov

19:30. “Neftçi” – “Turan Tovuz” 4:0

Qollar: Meza Kolli, 20, Emin Mahmudov, 24, 84
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef. 22. Kilan Lebon
9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik. 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev. 10. Xəyal Nəcəfov. 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 19. Runi Eva, 23. Okebuqvu Henri
​Baş məşqçi: Ayxan Abbasov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!