Fərid Qayıbov müjdə verdi: "Bundan sonra Premyer Liqada ancaq klub artımı olacaq"

13 May 2022 00:50 Premyerliqa 1 174
Fərid Qayıbov müjdə verdi: "Bundan sonra Premyer Liqada ancaq klub artımı olacaq"

"Mən də Premyer Liqada komanda sayının çox olmasını istərdim".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, bu gün reallıq belədir:

"Bundan sonra çalışmalıyıq ki, komandaların sayı artsın. Artıq AFFA ilə bu sualları müzakirə etməyə başlamışıq.

Ümid edirəm ki, bundan sonra ancaq artım olacaq. Növbəti mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq".

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular