"Hələ deyə bilmərəm ki, klubumuz Premyer Liqada çıxış edəcək"

4 May 2022 15:00 Premyerliqa 1 224
"Hələ deyə bilmərəm ki, klubumuz Premyer Liqada çıxış edəcək"

«Biz bu büdcə ilə Premyer Liqada iştirak edə bilmərik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un idman direktoru Nadir Nəbiyev deyib.

Mayın 6-da AFFA Lisenziyalaşdırma Qrupunun toplantısı keçiriləcək. Növbəti mövsüm Premyer Liqada çıxış edəcək klubların adı məhz bu yığıncaqda açıqlanacaq.

I Divizion təmsilçilərindən «Turan Tovuz» və «Kəpəz»in rəhbər şəxsləri müzakirələrdə iştirak etmək məqsədilə AFFA-nın qərargahına dəvət olunub.

Elita iştirakçılarının sayı iki qərb komandasının hesabına 10-a çatdırılacaq. N,Nəbiyev bu toplantıda iştirak edəcəyini bildirib:

«AFFA-dan bizə deyilib ki, kluba cəmi 500 min manat ayıracağıq. Sözün düzü, bu rəqəmi eşidəndən bəri yuxumuz ərşə çəkilib.

8-9 ildir ki, Tovuz Premyer Liqada təmsil olunmur. Bu müddətdə həmişə arzulayırdıq ki, «Turan» Premyer Liqaya qayıtsın.

Bir neçə dəfə belə söhbət olmuşdu, deyilmişdi ki, çempionatda yer tutun, orada çıxış edəcəksiz. Ancaq hər dəfə vaxt yetişəndə, «Turan»ın kənarda qaldığını söyləyirdilər.

Biz lisenziyalaşdırma sənədlərini bu dəfə də AFFA-ya deyilən vaxtda göndərmişik. Yerinə yetirilməsi tələb olunan meyarlardan yalnız maliyyə zəmanəti məsələsi açıq qalıb.

Nə deyim, AFFA-dan başqa sponsorumuz yoxdur, başqasını da tapa bilmrik. 500 minlə Premyer Liqada oynamaq qeyri-mümkündür. Bizim üçün fəlakət olar.

Tovuza gəlmək istəyən futbolçu çoxdur, amma həmin məbləğlə heç cür komanda qurmaq olmaz. Bunun akademiyası, əvəzedici heyəti, məşqçiləri, əlavə işçiləri, səfərləri var. 500 minlə bu qədər işi necə görəsən?

O gün azarkeşlərlə görüşdük, vəziyyəti izah etdik. Onlar da komandaya dəstək olmağa hazırdır. İstər maddi, istərsə mənəvi. Futbolun İnkişafı Fondunun ianə kampaniyasına başlamasını gözləyirlər.

Ancaq bizim əsas ümidimiz tovuzlu iş adamlarınadır. Onlar da kluba kömək etsələr, əla olar. Hələ deyə bilmərəm ki, «Turan» 100 faiz Premyer Liqada çıxış edəcək.

Son ana qədər ümidimizi qoruyub saxlayacağıq. İnanmaq istəyirəm ki, AFFA klubumuza başqa sponsor tapmaqda da köməklik göstrəcək.

Hər halda ötən illərə baxanda, «Turan» Premyer Liqaya bu qədər yaxın olmayıb».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"