“Neftçi”, “Qarabağ” və “Səbail”də əvəzolunmaz oyunçu yoxdur

24 Noyabr 2021 13:40 Premyerliqa 800
“Neftçi”, “Qarabağ” və “Səbail”də əvəzolunmaz oyunçu yoxdur

Azərbaycan Premyer Liqasında yalnız 8 futbolçu ilk 11 turu əvəzolunmadan keçirib.

Sportinfo.az xəbər verir ki, 990 dəqiqə meydanda olanlardan üçü qapıçı, beşi sahə oyunçusudur.

“Qəbələ”də əvəzolunmazlar daha çoxdur. Üç futbolçu bütün görüşləri əvvəldən sonadək meydanda olub. Bunlar İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renatodur.

“Sumqayıt”da iki belə futbolçu var. Camaladdin Xocaniyazovla Vüqar Mustafayev 990 dəqiqə oynamaq imkanı qazanıb.

Digər üç futbolçu fərqli klubları təmsil edir: Stanislav Namaşko (“Keşlə”), Elvin Camalov (“Sabah”), Mehdi Cənnətov (“Zirə”). “Neftçi”, “Qarabağ” və “Səbail”də əvəzolunmaz oyunçu yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!