"Xəzər Lənkəran" qayıtsa, Premyer Liqada olacaq"

18 May 2021 09:20 Premyerliqa 19 784
"Xəzər Lənkəran" qayıtsa, Premyer Liqada olacaq"

"Həyatda hər şey ola bilər".

Sportinfo.az xəbər verir ki, bu sözlər Peəşkar Futbol Liqasının prezidenti Ramin Musayevə aiddir.

O, "yeni mövsümdən Azərbaycan Premyer Liqasında daha çox komanda iştirak edə bilərmi" sualını bu cür cavablandırıb:

"Düşünürəm ki, əgər I Divizion təmsilçiləri lisenziya ilə bağlı göstəricilərə əməl etsəydilər, nəsə iş görmək mümkün idi.

Bir dəfə mənə sual verdilər ki, Ramin müəllim, "Xəzər Lənkəran" qayıtsa, onlar hansı çempionatdan başlayacaqlar? I Divizionda, ya əsas dəstədə?

Mən dedim ki, qanunla I Diviziondan başlamalıdır. Ancaq mən o öhdəliyi öz üzərimə götürürəm, qanun pozuntusuna yol verərəm, ancaq kömək edərəm ki, "Xəzər Lənkəran" mübarizəyə Premyer Liqadan başlasın.

Təki klublarımıza normal sponsor tapılsın. Yəqin ki, ondan sonra nəsə əldə etmək olar. "Xəzər Lənkəran" qayıtsa, Premyer Liqada olacaq. Həmişə sözümüz qüvvədədir".

Xəbər Lenti