"Premyer Liqada komanda sayının artmasını kim istəmir ki?"

6 Mart 2021 16:00 Premyerliqa 1 175
"Premyer Liqada komanda sayının artmasını kim istəmir ki?"

«Çempionatda komanda sayının artmasını kim istəmir ki? El mən də tərəfdarıyam ki, bu rəqəm 10 olsun».

Bu sözləri Sportinfo.az-a açıqlamasında gənc mütəxəssis Füzuli Məmmədov deyib.

Son olaraq «Neftçi»ni çalışdıran məşqçi AFFA-nın Premyer Liqada klub sayını artırmaqla bağlı təşəbbüsünü dəstəkləyib:

«Belə olsa, həm komandalar arasında rəqabət artar, həm də futbolçu sayı çoxalar. Bu, millinin baş məşqçisinin seçim imkanını az da olsa, genişləndirər.

Premyer Liqada 10 komanda çıxış eləsə, azərbaycanlı futbolçuların özünü göstərmək imkanı bir qədər də artacaq.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun bu barədə açıqlamasıyla tanışam. O, düz deyir, say artımından sonra keyfiyyət aşağı düşməməlidir.

Burada maliyyə önəm kəsb edir. Pul sarıdan problem yaranmasa, keyfiyyəti qorumaq şərtilə say artımı Premyer Liqaya marağı daha da güclənlirəcək.

Əlbəttə, mən istəyərdim ki, komanda sayı 10-dan da çox olsun, amma reallıqla barışmaq lazıımdır».

Digər Xəbərlər
Xəbər Lenti