Abasov "Zirə"dən acıq çıxmaq üçün futbolçularına elə motivasiya verdi ki…

26 Noyabr 2020 13:00 Neftçi 1 043
Abasov "Zirə"dən acıq çıxmaq üçün futbolçularına elə motivasiya verdi ki…

«Neftçi» Premyer Liqanın 11-ci turunda qarşılaşacağı «Zirə» ilə qarşılaşmaya mütləq qələbə üçün çıxacaq.

Komandanın baş məşqçisi Samir Abasov futbolçularından yalnız bunu tələb edib.

Qəbələdə keçirilən debüt matçında 4:1 hesablı qalibiyyətə bir o qədər sevinməyən yeni çalışdırıcı keçmiş klubu ilə duelə daha prinsipial yanaşır. O, «Zirə» ilə bağlı iclasda oyunçularına növbəti uğurun əldə edilməsinin vacibliyinə diqqət çəkib:

«Budəfəki qarşılaşma daha çətin və gərgin keçəcək. Bilirəm ki, «Neftçi» ilk dövrədə onlara uduzub. İndi qalib gəlmək növbəsi bizdədir.

Şübhə etmirəm ki, komandamız «Zirə»dən güclüdür. Bizi 1 xal da qane etmir. Mən o halda sizdən razı qalacam ki, «Zirə»dən 3 xal alaq.

Bilirəm ki, onlar da bu oyuna tam ciddi hazırlaşır. «Zirə» ilə mənim öz prinsipim var. Mənə orada kifayət qədər vaxt və şans vermədilər. İndi bu klubun rəhbərliyinə sübut etməliyəm ki, mənimlə yolları ayırmağa tələsdilər».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti