"Neftçi", yoxsa "Qalatasaray"? - Bakıda maraqlı VİDEOSORĞU

16 Sentyabr 2020 12:02 Neftçi 1 079
"Neftçi", yoxsa "Qalatasaray"? - Bakıda maraqlı VİDEOSORĞU

Məlum olduğu kimi, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi “Qalatasaray” olacaq.

Sportinfo.az xəbər verir ki, hər kəsin maraqla gözlədiyi oyun sentyabrın 17-də Bakıda keçiriləcək.

Artıq indidən sosial şəbəkələrdə, mətbuatda gedən müzakirələrdən oyuna böyük maraq olduğu görünür. Azərbaycanda "Cim-bom" tərəfdarları da çox olduğundan, bəzi azarkeşlər yerli komanda ilə qardaş Türkiyə klubu arasında seçim etməkdə çətinlik çəkirlər.

Bəs görəsən, "Neftçi" - "Qalatasaray" oyunda azərbaycanlı izləyicilər ən çox hansı komandanı dəstəkləyəcəklər?

Oyuna bir neçə gün qaldığı vaxtda, proqnozlar və arzular necədir? Azarkeşlər hansı komandanın Avropa Liqasında şanslarının daha yüksək olduğunu düşünürlər?

Musavat.com-un reportyor qrupu bu suallara aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirib. Maraqlı cavabları daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiz.

Digər Xəbərlər
Xəbər Lenti