Yankoviç “Qarabağ”l bu şərtlə tərk edə bilər

16:40 Qarabağ 359
Yankoviç “Qarabağ”l bu şərtlə tərk edə bilər

“Qarabağ”da “yarpaq tökümü” davam edir.

Mövsümün titulsuz başa vurulması baş məşqçi Qurban Qurbanovu köklü dəyişiklərə əl atmağa məcbur edib.

Yay fasiləsində 7 futbolçu ilə yollar ayrılıb.

Sami Mmaee, Emmanuel Addai, Ramil Şeydayev, Toral Bayramov, Kevin Medina, Amin Ramazanov və Fabyan Buntiç yola salınıb.

Ukrayna klubu “Polissye” ilə anlaşan Leandro Andrade də yol üstədir.

Daha birinin – Marko Yankoviçin də “köhlən atlar”la vidalaşacağı barədə xəbərlər yayılıb.

Hətta Monteneqro millisinin üzvünün Türkiyə Super Liqa təmsilçisi “Çorum”la razılığa gəldiyi deyilir.

Sportinfo.az xəbər verir ki, indiki məqamda Yankoviçin iş yerini dəyişməsi real deyil.

Çünki 31 yaşlı futbolçuya real təklif yoxdur. Daha doğrusu, onunla maraqlanan klublar “Qarabağ”da qazandığından artıq pul vermir.

Belə olduğu halda Ağdam təmsilçisində oynamağı üstün tutur.

Yankoviç bir halda buranı tərk edə bilər – Medina və Andrade kimi, “Qarabağ”da aldığından azı iki dəfə artıq maaş təklif edən olsa.

O da hələ ki, yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti