“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını Avropanın digər top-klubunda davam etdirə bilər.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Fransa çempionu və Çempionlar Liqasının son qalibi PSJ-nin transfer hədəflərindən biridir.
Paris klubu Lopesi cari transfer dövründə heyətinə qatmaq niyyətindədir.
İspaniyalı futbolçu “Barselona”da 2023-cü ilin yayından çıxış edir və onun klubla müqaviləsinin müddəti 2031-ci ilin iyununa qədərdir.
“Transfermarkt” Lopesin bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.

