“Qarabağ”dan SON TRANSFER XƏBƏRİ - 3 illik müqavilə

23 İyun 15:00 Qarabağ 5 486
“Qarabağ”dan SON TRANSFER XƏBƏRİ - 3 illik müqavilə

“Qarabağ” altıncı transferini yekunlaşdırıb.

Ağdam klubu Renaldo Sefası rənglərinə bağlayıb.

Yamaykalı vingerlə imzalanan müqavilənin müddəti 3 ildir. O, iyunun 25-də Avstriyadakı təlim-məşq toplanışına qatılacaq.

Renaldo Sefas peşəkar karyerasına yerli “Arnett Qardens”də başlayıb. 2022-ci ildə “Şkupi”yə (Şimali Makedoniya) yollanıb.

Burada bir il oynadıqdan sonra isə Türkiyəyə üz tutub, “Ankaragücü”nün şərəfini qoruyub.

Ankara təmsilçisində 2 mövsüm keçirib, 58 oyunda 11 qol vurub.

2025-ci ildə isə Rusiyadan gələn dəvəti qəbul edib, “Pari Nijniy Novqorod”la anlaşıb. 25 matçda forma geyinib, 1 dəfə fərqlənib.

“Köhlən atlar“ yamaykalıdan öncə Zakaria Savo ("Aris", Kipr), Jali Muaddib (“Omoniya Aradippou”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya) və Martin Zlomisliçi ("Riyeka", Xorvatiya) heyətinə əlavə eləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM