Dəyişən "Qarabağ" güclənəcək, yoxsa zəifləyəcək? - Təhlükə qapıda

19:00 Qarabağ 282
Dəyişən "Qarabağ" güclənəcək, yoxsa zəifləyəcək? - Təhlükə qapıda

"Qarabağ" Qurban Qurbanov dönəmində heç vaxt olmadığı qədər yenilənmə mərhələsindədir.

Nə az, nə çox 8 futbolçu ilə yollar ayrılıb. Hələ gedənlər yenə olacaq. Əvəzində 5 yeni transfer rəsmi elan olunub. Ən azı bu sayda yeni transfer olacağı gözlənilir.

Burada əsas məqam odur ki, əvvəlki illərdə təcrübəli mütəxəssis əsas heyətdən maksimum 2-3 oyunçunu dəyişirdi. Hətta 10 yeni transfer olsa belə.

Yenilər zamanla, səbrlə fəlsəfəyə uyğunlaşdırılırdı. Uğursuz legionerlər o qədər diqqət cəlb etmirdi.

Amma bu dəfə o cür rahatlıq yoxdur.

İlk rəsmi oyundan gələnlərin 70-80%-i əsas heyətdə yer alacaq.

İlk təcrübədir.

Bir qədər də riskli qərar.

Gələnlər gözləntiləri ən üst səviyyədə qarşılamalıdır.

Ki, avrokuboklarda problem yaşanmasın.

Hətta 10 yeni simadan yarısının uğurlu olması da yetərli olmaya bilər.

Bir sözlə, daha güclü "Qarabağ" görmək ehtimalı qədər, bəlkə də ondan çox zəifləmiş "Qarabağ"a görə bilərik.

Bu isə 10 mövsümdən sonra ilk dəfə Ağdam klubunun avrokubokların əsas mərhələsindən kənarda qalması bahasına başa gəlsə təccüblənməyin.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti