İngiltərə millisinin və “Aston Villa”nın hücumçusu Olli Uotkins yığma komandadakı çalışma mühitindən danışıb və baş məşqçi Tomas Tuxel barədə açıqlama verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı forvard, almaniyalı mütəxəssisin futbolçulara qışqırmaqdan çəkinmədiyini bildirib:
“Tuxel futbolçulara qışqırmaqdan çəkinmir. O, çox tələbkar məşqçidir və öz standartları var.
İstəyir ki, oyunçular da həmin səviyyəyə uyğun olsunlar. Dünya çempionatını qazanmaq hədəfi varsa, bu, vacibdir.
Xoşbəxtəm ki, Xorvatiya millisi ilə oyunda səhv etsəm də, baş məşqçi mənə qışqırmadı”.
İngiltərə millisi DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edib. Komanda növbəti matçını iyunun 23-də, Qana millisinə qarşı keçirəcək.

