Məşhur menecer: “Klub rəhbərləri və məşqçilər bu riski gözə almırlar”

18:00 Azərbaycan Futbolu 1 494
Məşhur menecer: “Klub rəhbərləri və məşqçilər bu riski gözə almırlar”

“Daxili bazarda bu mövsüm həm maliyyə, həm də yaş balansı baxımından ciddi korreksiya müşahidə olunur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında FIFA lisenziyalı futbol agenti Emil Əsədov deyib.

“Asadov Pro Bridge”nin rəhbəri süni qiymətlərin aşağı düşməsini qeyd edib:

“Son dövrlərdə yerli futbolçuların bazar dəyəri və tələb etdikləri müqavilə şərtləri kifayət qədər aşağı düşüb. Bu eniş klubların yerli transfer siyasətində daha rahat hərəkət etməsinə şərait yaradır”.

O, gənclərin risk amilini vurğulayıb:

“Klub rəhbərlikləri və məşqçilər heyət qurarkən, gənc və yetişməkdə olan oyunçulara şans verib xal itirmək riskini gözə almırlar.

Bunun əvəzinə çempionatın təzyiqinə tab gətirə bilən təcrübəli yerli kadrlara daha çox üstünlük verilir. Maliyyə optimallaşdırılması klubları daha dinamik, lakin spesifik xarici bazarlara yönəldir.

Burada əsas diqqət oyunçunun texniki və ya taktiki savadına deyil, onun fiziki parametrlərinə ayrılır. Məsələn, Avropa təcrübəli afrikalılar.

Birbaşa Afrikadan oyunçu riskinə girmək istəməyən klublar Avropa liqalarında forma geyinmiş, fiziki cəhətdən güclü və təcrübəli afrikalı futbolçulara üstünlük verirlər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti