Sadıq Sadıqov niyə "Neftçi"yə qayıtmaq istəmir? - SORĞU

29 İyun 2020 13:54 Neftçi 1 851
Sadıq Sadıqov niyə "Neftçi"yə qayıtmaq istəmir? - SORĞU

«Neftçi» son illər bir qayda olaraq uğursuzluq zolağındadır.

Paytaxt klubu nə görüb, Sadıq Sadıqovun vaxtında görüb.

Ardıcıl 3 çempionluq, 2 ölkə kuboku… Azərbaycan klubları araısnda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan da «Neftçi»dir.

Təəssüf ki, Sadıq Sadıqovdan sonra «ağ-qaralar»ın rəhbərliyinə keçən şəxslərin heç biri onun əldə etdiyi uğurlara yaxın düşə bilmədi. Nə Elnur Məmmədov, nə Orxan Hüseynzadə, nə də indi Kamran Quliyev.

Bilirik ki, bütün futbol ictimaiyyəti, «Neftçi» azarkeşləri yenə klubda dəyişiklik, islahat istəyir və bunu səbirsizliklə gözləyir.

Bu tarixi klubu haqq etdiyi səviyyəyə qaytara bilməyən, öz «qab»ında olmadığını gördüyü halda, vəzifədən dördəlli yapışan, bununla da «Neftçi»nin nüfuzunu xərcləyən bacarıqsız insanların rəhbərlikdən uzaqlaşdırılmasının vaxtı, əslində, çoxdan çatıb.

Ötən sorğudan gəldiyimiz qənaət budur ki, ağ-qara rənglərə könül vermiş futbolsevərlər Sadıq Sadıqovu yenidən «Neftçi»nin rəhbərliyində görmək arzusundadır.

Amma o, bundan sonra mətbuata verdiyi açıqlamada geri dönmək niyyətində olmadığını bir daha dilə gətirib. Oxucuların fikrini bilmək maraqlı olardı: Sizcə, Sadıq Sadıqov niyə «Neftçi»yə qayıtmaq istəmir?

Sportinfo.az-ın facebook səhifəsində öz rəylərinizi yazın, saytda işıqlandıraq (https://www.facebook.com/sportinfo.az/).

Digər Xəbərlər
Xəbər Lenti