"Neftçi" rəhbərliyindən istefaya göndərilən var

23 May 12:58 Neftçi 889
"Neftçi" rəhbərliyindən istefaya göndərilən var

"Neftçi"nin Futbol Akademiyasının direktoru Mik Benetlə yollar ayrılıb.

Sportinfo.az xəbər verir ki, yüksək əməkhaqqı alan Benetlə əməkdaşlığa son qoyulduğu yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Sponsor şirkətdən büdcənin düzgün istiqamətdə xərclənməməsi ilə bağlı ciddi tənbeh alan "Neftçi" rəhbərliyi qazancının qarşılığını işi ilə verə bilməyən Beneti daha münasib maaşa çalışacaq biriylə əvəzləyəcək.

Bu isə o deməkdi ki, ingilisin boşaltdığı post başqa əcnəbiyə verilməyəcək. Paytaxt təmsilçisinin akademiyasına yerli mütəxəssisin rəhbərlik etməsi planlaşdırılıb.

Benet 2018-ci ilin sentyabrında AFFA tərəfindən sözügedən Azərbaycan təmsilçisinə göndərilib. Britaniyalı ötən ilin mayında anlaşma yeniləyərək daha 1 il Bakıda qalıb (fanat.az).

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 00:42 Qurbanovdan 2-ci... FOTO
4 İyul 21:00 Azərbaycana vaxt verdi