ŞOK VİDEO yayan Dabo "Neftçi"dən uzaqlaşdırıldı?

18 May 2020 12:44 Neftçi 1 629
ŞOK VİDEO yayan Dabo "Neftçi"dən uzaqlaşdırıldı?

«Neftçi» rəhbərliyi Baqali Dabo ilə bağlı mövqeyini müəyyənləşdirib.

Fransalı hücumçu mövsümün sonunadək əsas komandadan uzaqlaşdırılıb.

Əgər mövsüm bərpa olunarsa, o, Premyer Liqanın son 8 turunda meydançada yer almayacaq.

Bu, bu gün üçün verilən qərardır. Ola bilsin ki, tərəflər qarşıdakı günlərdə növbəti dəfə bir araya gələcək və aradakı soyuqluğu «əridəcəklər». Hər şey mümkündür. Sadəcə, bunun üçün tərəflərdən birinin güzəştə getməsi mütləqdir.

İş ondadır ki, Dabo maaşının artımı və 2 illik yeni müqavilə təklif edir. Bakılılar hələ ötən aydan onun əməkhaqqısını artırmağa hazırp idi. Fəqət büdcədəki sıxıntılar buna imkan verməyib.

Hər halda qərar dəyişikliyini fransız forvarda bu cür izah edib. Lakin sabiq «Qəbələ»li eşitdiklərinə inanmayıb. O, aprelin 25-də klubun bazasında gizli çəkiliş edib, 7-8 futbolçunun iştirakıyla keçirilən məşqi telefonun yaddaşına köçürüb.

Düzdür, Dabo sonradan bu görüntülərin həmin tarixə aid olduğunu dandı və videonu şəxsi sosial profilində yerləşdirməsini futboldan ötrü darıxmasıyla əlaqələndirməyə çalışdı, di gəl, onun çəkdiklərini səhifəsindən silməsi bunu təzyiq qarşısında etməsinə dair əsaslı şübhələr yaratdı.

Bəli, klub rəsmiləri hələ də bu hadisənin təsiri altındadır və Dabonu bağışlamaq istəmir. Çünki son olayın üzərindən başları ağrıyıb. Həm də çox…

Dabo da bunu bilir və hazırlaşır. Hara hazırlaşır? Əlbəttə, getməyə. O, özünə yeni klub tapacağına əmin olmasaydı, aprelin 26-də bazada keçirilən məşqi gizlicə videoya çəkməzdi.

Fransalı Türkiyə, Kipr və BƏƏ təmsilçiləriylə təmasdadır. Kiprdən «Apollon», Türkiyədən «Adana Dəmirspor» və BƏƏ-dən Riçard Almeydanın da formasını geyindiyi «Baniyas» onunla yaxından maraqlanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI