"Neftçi"nin futbolçusundan çağırış: "Fonda ianə et, hədiyyə qazan"

8 May 2020 10:10 Neftçi 631
"Neftçi"nin futbolçusundan çağırış: "Fonda ianə et, hədiyyə qazan"

"Neftçi"nin futbolçusu Donald Gerye sosial şəbəkədə xeyriyyə aksiyasına start verib.

Sportinfo.az xəbər verir ki, haitili yarımmüdafiəçi bunun üçün şəxsi "Instagram" hesabında müsabiqə elan edib.

31 yaşlı oyunçu bu yaxınlarda yaratdığı Donald Gerye Xeyriyyə Fonduna ianə edən şəxslərdən birinə "Neftçi"də geyindiyi formanı hədiyyə verəcəyini bildirib.

Müsabiqə mayın 31-dək davam edəcək və qalib "Instagram" vasitəsilə elan olunacaq.

Azərbaycanda daha əvvəl "Qarabağ"ın formasını geyinən D.Gerye cari mövsümün əvvəlindən "Neftçi"də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi