"Neftçi"dən kim birinci gedəcək: Dabo yoxsa Quliyev?

6 May 10:52 Neftçi 612
"Neftçi"dən kim birinci gedəcək: Dabo yoxsa Quliyev?

"Neftçi"nin rəhbərliyi karantin rejimini pozduğu haqda videonu sosial şəbəkələrdə paylaşan Baqali Dabonu göndərmək haqda düşünür.

Klub rəhbərliyi fransız hücumçuya təkzib yazdırıb bu videonu karantindən əvvəl çəkdiyini ona dedirtsə də, artıq iş-işdən keçib.

Belə ki, Baqali Dabo paylaşan videonun üstündə açıq-aydın bu ilin aprelin 25-də çəkildiyi haqda yazı var "2020, 25 avril". Bu sözlər sonradan yazılmayıb, telefonda avtomatik çəkilişin hansı gün olduğunu göstərir. "Avril" aprel sözünün fransızcaya tərcüməsidir.

Videodan açıq-aydın görünür ki, bütün komanda deyil, 7-8 nəfər futbolçu məşq edir. Normalda karantindən əvvəlki məşqlər həmişə bütün komandanın iştirakıyla olur. Bu çalışmalar, adətən, İsmət Qayıbov adına təlim-məşq bazasında keçirilir.

Nobel prospektində yerləşən bazada isə əsas komanda məşq etmir. İstisna hallarda etsə belə, heç bir məşqdə bir qrup futbolçu olmur, ən azı, 25-30 nəfər yaşıl sahəyə ayaq basır.

Aprelin 25-də çəkilən bu videoda isə 7-8 nəfər futbolmunun Nobel prospektindəki bazada karantin dövründə formalarını qorumaq üçün qaçdığı görülür.

"Neftçi"nin karantin rejimini pozması yüksək dairələri – AFFA və klubun sponsorlarını maraqlandırıb, onlarda narahatlıq yaradıb. Buna görə də Dabodan əvvəl Kamran Quliyev başda olmaqla, hazırki rəhbərlik istefaya göndərilsə, təəccüblənməyəcəyik.

Bu ayrılıq başqa ad altında reallaşsa belə!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?