SOCAR da "Neftçi"dən üz döndərir?

6 Aprel 12:58 Neftçi 691
SOCAR da "Neftçi"dən üz döndərir?

Yeni mövsümdə «Neftçi»nin büdcəsinin azalması gözlənilir.

Sportinfo.az bu barədə məlumatı paytaxt təmsilçisinin səlahiyyətli şəxslərindən əldə edib.

Redaksiyamıza verilən məlumata görə, neftin dünya birjasında qiymətinin kəskin şəkildə aşağı düşməsi ana sponsorun - SOCAR-ın kluba ayırdığı vəsaitin məbləğini aşağı salmasını zəruri edir.

Əgər neft bazarında satış qiyməti yaxın 1 ayda da qalxmasa, «ağ-qaralar» minimum 2-3 milyon manat itirəcək. Çünki neft şirkətindən ayrılan büdcənin ortalama bu qədər düşməsi var.

«Neftçi» daha bir zərbəni «Türk Hava Yolları»ndan (THY) ala bilər. Belə ki, Türkiyənin məşhur aviaşirkəti paytaxt təmsilçisi ilə müqavilənin müddətini uzatmaq istəmir. THY artıq bununla bağlı «ağ-qaralar»ın rəhbərliyini xəbərdarlıq edib.

Qarşı tərəf bunu koronavirus pandemiyası ilə əlaqələndirib və bildirib kt, yaranmış vəziyyət şirkətin külli miqdarda maliyyə itkisinə səbəb olub, nəticədə bir sıra sosial və sponsorluq anlaşmalarına xitam verilməsi planlaşdırılır.

THY 2018-ci il, iyulun 10-da «Neftçi» ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bakılılar bu anlaşmadan yetərincə böyük məbləğ – hər mövsüm üçün 2 milyon manat əldə edib. Türkiyə brendinin geri çəkilməsi paytaxt klubunun maliyyə dayaqlarını zəiflədəcək.

«Neftçi»nin prezidenti yaranmış vəziyyətdən narahatlıq keçirərək, THY ilə danışıqlara keçib və onları yeni müqavilənin imzalanmasının hər iki tərəf üçün faydalı olacağına inandırmaq istəyir.

O, güzəştlərə hazırdır. Yəni ki, «ağ-qaralar»ın rəhbəri daha aşağı maliyyə qarşılığında kontraktın müddətini uzatmağa tərəfdardır.

Digər Xəbərlər
Xəbər Lenti