"Neftçi"nin "Xəzər Lənkəran"lı rəhbəri ortalıqdan niyə yox oldu? - FOTO

23 Mart 2020 10:52 Neftçi 1 051
"Neftçi"nin "Xəzər Lənkəran"lı rəhbəri ortalıqdan niyə yox oldu? - FOTO

«Neftçi»nin idman direktoru şəxsi «facebook» səhifəsini bağlayıb. O, bunu məcburiyyət qarşısında edib.

Dünən xəbər vermişdik ki, Ceyhun bəy vaxtilə formasını geyindiyi «Xəzər Lənkəran»ın fəxri prezidenti, ötən gün ad gününü qeyd edən Mübariz Mənsimova öz sayğısını göstərib.

O, sosial şəbəkə üzərindən 2007-ci ildə çəkilmiş fotonu paylaşaraq, «Xəzər Lənkəran» bir zamanlar» yazıb.

Dəyərli Sultanovun məhz bu paylaşımdan sonra ona məxsus olan səhifəni qapatması sosial şəbəkədə müxtəlif söz-söhbətlərin yayılmasına rəvac verib.

İddia edilir ki, hörmətli idman direktorunun bu statusurna görə «Neftçi»nin prezidenti Kamran Quliyevə AFFA-dan zəng gəlib. Klubun rəhbərinə Sultanovun paylaşımından narazılıq bildirilib.

Lakin bütün bunlar, sadəcə, şayiədir. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Ceyhun bəy təzyiq qarşısında səhifəsini bağlamayıb.

İş ondadır ki, «Xəzər Lənkəran» barədə paylaşıma çoxlu sayda «like» gəlib, cənublu futbolsevərlər Sultanovu alqışlayıb və dəstəkləyib. Gələn mesajlara və suallara cavab vermək vaxt baxımından «Neftçi»nin idman direktoruna problem yaratdığından, o, bir müddət «virtual dünya»dan çəkilmək qərarına gəlib.

Məlumat üçün bildirək ki, Ceyhun Sultanovun dəstəyi ilə baş məşqçi təyin edilən Füzuli Məmmədov da bir müddət əvvəl «face» səhifəsini bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!