"Neftçi" ilə müqaviləni uzatmamağa qərar verdi - SON DƏQİQƏ

26 Fevral 2020 21:20 Neftçi 1 941
"Neftçi" ilə müqaviləni uzatmamağa qərar verdi - SON DƏQİQƏ

Emin Mahmudovdan sonra «Neftçi»ni tərk etməyə hazırlaşan daha bir futbolçunun kimliyi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, Baqali Dabo klubla müqaviləni uzatmamağı lazım bilib.

Fransalı hücumçu artıq öz seçimini edib - o, Türkiyənin yolunu tutmağa hazırlaşır. 2018-ci ilin iyununda «Qəbələ»dən «Neftçi»yə gələn forvard TFF I Liqa klublarından «Bursaspor» və «Hatayspor»la danışıqlar aparır.

Əslində, Dabo bu qış fasiləsində «ağ-qaralar»ın düşərgəsini tərk etməli idi. Fransız «Adana Dəmirspor»la şifahi razılığa gəlmişdi. Roberto Bordinin istefaya göndərilməsi onu son anda «Neftçi»də saxladı.

Çoxdan bəllidir ki, Dabo italyan baş məşqçiylə yola getmir. Onlar aralarında bir neçə dəfə insidentin yaşlanmasını klub rəsmiləri bu gün də təkzib etmir.

Çox müəmmaladır ki, fransız Bordin gedəndən sonra da özünü «Neftçi»də narahat hiss edir. Cari mövsüm Premyer Liqada 6 qol vuran hücumçu nə idarəçilərlə yaxşı münasibətdədir, nə də azakeşlərlə.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!