
Antalyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün sonuncu yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" Ukraynanın “Desna” klubu ilə qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayıb. Füzuli Məmmədovun komandası əvvəlki iki matçda olduğu kimi, bu oyunda da uduzub - 1:2.
"Neftçi" bundan əvvəlki hər iki yoxlama oyununda məğlub olub. İlk matçda Polşanın “LSK Lodz” komandasına 0:4 hesabı ilə uduzan paytaxt təmsilçisi ikinci görüşündə isə Kiyev "Dinamo"su ilə bacarmayıb - 1:2.
Yoxlama oyunu
18:00 “Neftçi” – “Desna” - 1:2
Qol: Stiven Monroz, 66