Bordin getdi, Mirabdulla gəldi, üzlər güldü - FOTOLAR

23 Yanvar 15:25 Neftçi 546
Bordin getdi, Mirabdulla gəldi, üzlər güldü - FOTOLAR

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada davam etdirir. Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” bu gün iki məşqə çıxıb.

Mirabdulla Abbasov və Anton Krivotsyuk da komanda ilə məşqlərə qoşulub. Səhər məşqi əsasən fiziki gücün artırılmasına hesablanmış tapşırıqlardan ibarət olub. Axşam məşqi isə toplu çalışmalarla başlayaraq, ikitərəfli oyunla başa çatıb.

Qeyd edək ki, bununla da qardaş ölkədəki məşqləri yekunlaşdıran “Neftçi” sabah sonuncu sınaq matçına çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da “Emir Hotels Spor Kompleksi”ndə Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq komandamızın üzvləri yanvarın 25-i Bakıya qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 21:08 Yunuszadə oynamadı
25 Fevral 16:28 Ağayev Avstriyaya getdi
25 Fevral 11:34 "Bunu bacara bilməsək..."
25 Fevral 11:20 Bu da yeni lider - VİDEO
24 Fevral 22:20 Mahirdən ulduzla FOTO