“Neftçi”nin üçüncü transferinə baş məşqçidən SƏRT XƏBƏRDARLIQ!

20:00 Neftçi 267
“Neftçi”nin üçüncü transferinə baş məşqçidən SƏRT XƏBƏRDARLIQ!

“Neftçi”nin bu yay sıralarına qatdığı Endryu Qravilyona baş məşqçi Yuri Vernidub tərəfindən xəbərdarlıq olunub.

Buna səbəb müdafiəçinin “Dinamo“ ilə keçirilən cavab matçının fasiləsində etdiyi hərəkətdir.

Belə ki, qvadelupalı legioner Konfrans Liqasının ikinci təsnifat mərhələsinin həlledici qarşılaşmasının (1:0) aralığında paltardəyişmə otağında yersiz səs-küy salıb.

O, ilk hissənin gedişində cərimə zərbəsini yerinə yetirmək üstündə Emin Mahmudovla arasında yaranan fikir ayrılığını söz-söhbətə çevirib.

Kapitanın ona imkan verməyərək topa yaxınlaşması Qravilyona xoş gəlməyib. Əcnəbi bu narazılığını Mahmudova bildirincə, ətrafdakıların gözü onlara çevirib.

Vernidub bu hadisəni yaddan çıxarmayıb. Ukraynalı çalışdırıcı Qravilyona kapitana münasibətdə yanlış davrandığını bildirib, bir də belə halın təkrarlanmamasını tapşırıb.

«Şerif»in sabiq sükançısı diqqətə çatdırıb ki, o, nizam-intizama xüsusi fikir verir və belə hərəkətləri bağışlamır.

Qravilyon bakılıların 2026-cı il yay transfer dönəmində sayca üçüncü transferidir. “Ağ-qaralar” 28 yaşlı xarici ilə 2 illik müqavilə bağlayıb. 55 nömrəli forma ona verilib.

Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. Qvadelupa millisinin heyətində 19 matça çıxıb, 2 qol vurub.

Bakılılar 3 ildən sonra qatıldıqları Avropa arenasında qrup mərhələsinə qədər irəliləməyi qarşısına məqsəd qoysa da, mübarizəni elə startda dayandırıb.

Konfrans Liqasının ikinci təsnifat mərhələsində «Dinamo»ya rəqib olan «ağ-qaralar» evdə minsklilərə 2:4 hesabıyla uduzub.

Bolqarıstanda keçirilən cavab görüşündə əldə olunan 1:0 növbəti etapa keçməyə və «Braqa» (Portuqaliya) ilə düşməyə kifayət etməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti