Üzə çıxdı - “Neftçi” üçün tək problem bu deyil

22:55 Neftçi 168
Üzə çıxdı - “Neftçi” üçün tək problem bu deyil

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda öz meydanında “Dinamo”ya (Minsk) 2:4 hesabı ilə məğlub oldu və cavab görüşü öncəsi vəziyyətini xeyli çətinləşdirdi.

Bolqarıstandakı qarşılaşmaya ideal başlayan Bakı təmsilçisi ilk dəqiqələrdə hesabı açsa da, sonrakı dəqiqələrdə oyunun idarəsini tamamilə itirdi.

Oyunda əsas məqam kimi “Dinamo”nun keçid hücumlarındakı effektivliyini və “Neftçi”nin müdafiədən hücuma, eləcə də əksinə keçidlərdəki ciddi problemlərini vurğuluya bilərik.

Statistik göstəricilər də bunu təsdiqləyir. “Neftçi” topa sahib olsa da, bu üstünlük oyuna nəzarət demək deyildi.

Komanda top itkilərindən sonra müdafiə balansını tez bərpa edə bilmədi və rəqib hər keçid hücumunda böyük boşluqlar tapdı. Xüsusilə ikinci hissədə “Dinamo” minimum sayda toxunuşla cərimə meydançasına daxil olur, “Neftçi” isə həm mərkəz zonasında, həm də cinahlarda kompaktlığını itirirdi.

Bu oyunda bəzi problemlər diqqəti cəlb etdi.

Komanda struktur baxımından sabit görünmürdü. Hücum zamanı müdafiəçilər və dayaq yarımmüdafiəçiləri arasında məsafələr böyüyürdü.

Top itirilən kimi əks-pressinq işləmirdi və “Dinamo” bir neçə ötürmə ilə təhlükəli vəziyyət yarada bilirdi.

Müasir futbolda topa sahib olmaq kifayət etmir, topu itirdikdən sonrakı ilk 5-8 saniyə daha vacibdir və “Neftçi” məhz bu mərhələdə rəqibə çox imkan verdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti