Vernidub Bolqarıstanda nə etmək istəyirdi? - Anlaşılmaz QƏRAR

22:20 Neftçi 194
Vernidub Bolqarıstanda nə etmək istəyirdi? - Anlaşılmaz QƏRAR

"Neftçi" Konfrans Liqasının ikinci təsnifat mərhələsindəcə mübarizəni dayandırdı.

Səfərdə Minsk "Dinamo"sunu məğlub etmək (1:0) işə yaramadı.

Əslində uğurlu olmaq üçün cəmi 1 qol lazım idi.

Ən azı oyunu əlavə vaxta daşımaq üçün.

Bacarmadılar, bu öz yerində.

Diqqətimi çəkən kritik anda Yuri Vernidubun etdiyi əvəzetmə çəkdi.

Start heyətində gözlənilməz dəyişikliklər edən əcnəbi çalışdırıcı matçın gedişində də hamını təəccübləndirdi.

86-cı dəqiqədə ukraynalı kapitan Emin Mahmudovu əvəzlədi.

Bundan pis olanı onun yerinə stoper İqor Ribeyronun oyuna daxil edilməsidir.

Bu da təzə çıxdı?

Qol lazım olanda niyə müdafiəçi?

Bəs ehtiyatda oturan hücumçu Ağadadaş Salyanski hansı günə lazımdır?

Və ya klubun yetirməsi Verniduba lazım deyilsə, niyə ehtiyat oyunçular skamiyasında boş yerə əyləşdirilib?

Daha ağır, vacib sual isə başqadır - Ehtiyatdan oyuna qoşulacaq 1 normal ön xətt oyunçusu yoxdursa, bəs "ağ qaralar" mövsüm bitəndən sonra nə işə baxırdı?

Niyə transferlər edilməyib?

Suallar çox, cavablar isə yoxdur...

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti