"Adrian Mutu ilə söhbətimiz tez tutdu, bir-birimizi başa düşdük"

26 Avqust 2023 14:00 Neftçi 2 021
"Adrian Mutu ilə söhbətimiz tez tutdu, bir-birimizi başa düşdük"

«Adrian Mutu ilə söhbətimiz tez tutdu, ilk kəlmədən bir-birimizi başa düşdük».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin yeni məşqçisi Sənan Qurbanov deyib.

Yaxınlarda Adrian Mutuya köməkçi təyin edilən yerli mütəxəssis onunla birgə çalışmaqdan məmnun olduğunu söyləyib.

Vaxtilə «Qəbələ» və «Şamaxı» ilə ölkə kubokunu qazanmış Qurbanov «ağ-qaralar»la 2 illik müqavilə bağlayıb. O, rumıniyalı sükançı ilə futbola baxışlarının üst-üstə düşdüyünü qeyd edib:

«Mutu hücum oyununa üstünlük verir. Tələbkar və intizamlı məşqçidir. Çox diqqətcildir.

Onun futbolçu keçmişini hər kəs bilir. Avropanın böyük klublarında oynayıb, tanınmış məşqçilərlə işləyib, onlardan çox şey götürüb. Mutudan hər məşqdə nəsə öyrənmək olar.

O istəyir ki, «Neftçi» dominant futbol oynasın, öz tərzini bütün rəqiblərə qəbul etdirsin. Bunun üçün hər gün çalışır.

Təbii, bizim də borcumuz odur ki, hər addımda ona kömək olaq, verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirək.

«Neftçi»də çalışmaq hər məşqçinin arzusudur. Sevinirəm ki, mən də artıq bu böyük klubun bir parçasıyam.

Mutunun «Neftçi»yə uğur qazandıracağına şübhəm yoxdur. Bir az da keçsin, azarkeşlər arzuladığı «Neftçi»ni izləməyə başlayacaq».

Digər Xəbərlər
Xəbər Lenti