Avropa klubu "Neftçi"nin hansı legionerini transfer etmək istəyir?

10 Noyabr 2022 02:50 Neftçi 1 809
Avropa klubu "Neftçi"nin hansı legionerini transfer etmək istəyir?

Yayda “Aşdod”dan “Neftçi”yə keçmiş Kenni Sayef hazırda paytaxt klubunun aparıcı futbolçusu hesab edilir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, ABŞ millisinin sabiq üzvü Rumıniya klubunun maraq dairəsindədir.

Bu ölkənin ən iddialılarından hesab olunan “Styaua” Sayefi transfer etmək niyyətindədir.

Buxarest təmsilçisi yarımmüdafiəçini yayda transfer etmək üçün hərəkətə keçərək “Neftçi”yə müraciət edəcək.

Sayefin özünün isə "Neftçi"də qalmaq istədiyi ehtimal edilir.

28 yaşlı futbolçu “Bney Saxin”, “Hapoel Hayfa”, “Gent”, “Anderlext”, “Leçiya”(Qdansk) klublarında çıxış edib. O, İsrail və ABŞ millilələrinin sabiq üzvüdü.

Digər Xəbərlər
Xəbər Lenti