“Neftçi”nin lideri: "Səmimi fikrimi bilmək istəyirsizsə…”

26 Sentyabr 2022 23:40 Neftçi 2 257
“Neftçi”nin lideri: "Səmimi fikrimi bilmək istəyirsizsə…”

“Vəziyyətin bu cür olması hər birimizi sevindirir.

Həmişə demişəm ki, yerli futbolçuların daha çox şans qazanması ölkə futbolu üçün faydalıdır. Qapıçı olsun, yaxud hücumçu – fərq etmir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib.

Cari çempionatda yerli qapıçılar çoxluq təşkil edir ki, bu hal yığmanın məşqçilər heyəti üçün də geniş seçim imkanı yaradır.

Aqil özünü yığmanın növbəti toplanışında görürmü? Cavabı dinləyək:

“Milli döyünən ürəyimizdir. Çağırsalar, məsləhət bilsələr, can-başla iştirak edərəm.

Səmimi fikrimi bilmək istəyirsizsə, zədədən sonra 100 faiz formamı yığdığımı düşünmürəm. 1 il çox əziyyət çəkdim, 2 dəfə əməliyyat olundum, məşqləri, hazırlıqları buraxdım.

Şükürlər olsun, formada olan qapıçılarımız var. İnşallah, onları dəvət edərlər, yığmaya fayda verərlər.

Hər birinə, eləcə də millimizə qarşıdakı matçlarda uğurlar arzulayıram”.

Digər Xəbərlər
Xəbər Lenti