
Hazırda "Neftçi"nin formasını geyinən legionerlər arasında ən aşağı maaş alanın kimliyi bilinib.
Bu, Vato Arveladzedir.
Bakı klubu bugünlərdə onunla 1+1 il şərtli müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi 18 nömrəli formanı geyinəcək.
Məşhur Arveladze ailəsinin mənsubu burada keçirdiyi hər aya görə 5000 dollar əməkhaqqı alacaq.
İyulda Boluda keçirilən təlim-məşq toplanışının gedişində dizindən ağır zədələnən və 6 ay yaşıl sahələrdən uzaq qalacağı dəqiqləşən Sezar Meza Kollini əvəzləm əli olan gürcü gələn ilin yayınadək bu məbləği qazanacaq.
Tərəflər mövsümün sonunda yenidən danışıqlar masası arxasına əyləşəcək.
Son 2 ayda özünə başqa komanda tapmayan Vatonın çıxışı "Neftçi" rəhbərliyini razı salarsa, müqavilənin ikinci hissəsi avtomatik qüvvəyə minəcək, aylıq gəliri də artacaq.
Arveladze Gürcüstanın “Lokomotiv” (Tbilisi, 2015-2018, 2020), Polşanın “Korona” (2018-2020) və Türkiyənin “Fatih Karagümrük” (2020-2022) klublarında çıxış edib.
Gürcüstanın U-17, U-19 və U-21 (15 oyun, 3 qol) yığmalarının da sabiq üzvüdür. 2019-cu ildə isə Arveladze əsas millidə debüt edib, 2 oyuna 1 qol vurub.
Bakılılar bu yay 6 əcnəbini sıralarına qatıb.
Bunlar Ataa Caber (“Aşdod”, İsrail), Qodsvey Donyo (“Makkabi”, Hayfa, İsrail), Kenni Sayef (“Aşdod”, İsrail), Solomon Kvirkveliya (“Qaqra”, Gürcüstan) və Yeqor Boqomolskidır (“Minsk”, Belarus).
SPORTİNFO.AZ