"Neftçi"nin baş məşqçisi: "Əminliklə deyə bilərəm ki..."

4 Avqust 23:50 Neftçi 2 115
"Neftçi"nin baş məşqçisi: "Əminliklə deyə bilərəm ki..."

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Neftçi" - "Rapid" oyunundan sonra ev sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis matçla bağlı bunları deyib:

- Komandamı qələbə münasibətilə təbrik edirəm. Döyüşdülər, yaxşı mübarizə apardılar. Çox güclü rəqibə qarşı oynayırdıq. İlk dəqiqələrdən sona qədər güclü idik. Qələbəyə layiq oynadıq. Oyunçularıma matçdan əvvəl dedim ki, bu gün bizə pozitiv nəticə lazımdı. Növbəti mərhələyə adlamaq üçün iki oyun oynamalıyıq. Vyanadakı oyun çox çətin olacaq. Son dəqiqələrdə qol buraxdığımıza görə çox narazı qaldım. Amma bizim üçün heç nə dəyişmir. Səfərdə də yeni cür davranacağımızı gözləyirəm. Çalışacağıq ki, Avstriyada da qalib gələk. Əgər biz bunu etməyə çalışmasaq, heç bir şansımız olmayacaq.

- Rəqibin zəif tərəfləri nələr idi ki, onlardan istifadə edib qələbə qazandınız?
- Onlara arxadan oyun qurmağa imkan vermirdik. İkinci hissədə rəqibə boş zonalar verdik. Oyunun sonlarında komandam o qədər də aktiv deyildi. Biz beş oyunçu dəyişməli olduq. Ola bilsin ki, bunun da təsiri hiss edildi. Amma nəticədən və komandamın oyunundan razı qaldım.

- Son saniyədə buraxılan qol "Neftçi"yə nə dərəcədə problem yaradacaq?
- Son dəqiqədə buraxdığımız qol Vyanadakı oyunda bizə təsir etməyəcək. Futbolda belə hallar baş verir. Vyanada da buradakı ilk 75 dəqiqədə oynadığımız oyunu təkrarlamalıyıq. Bu gün yaratdığımız qol epizodlarını səfərdə də yarada bilsək, yaxşı olacaq. Konsentrasiya olsaq, epizodları qola çevirə bilərik. Bu cür səviyyədə şansa ümid bağlamaq olmaz.

- Bu gün qazandığınız qələbə "Neftçi"yə mərhələyə keçməyə kömək olacaq?
- "Rapid"i məğlub etmək komandam üçün pozitivdi. Asan deyil. Analiz etməliyik və nəyi düzgün etmədiyimizə baxmalıyıq. Toparlanmalı və komandanı çempionat oyununa da hazırlamalıyıq. Ondan sonra isə Vyanadakı matçda nə edə biləcəyimizə baxacağıq.

- "Neftçi"yə qarşı tələbatın artmasından narahat deyilsizki?
- Bu tempi saxlamalıyıq. Üzərimizdə işləyərək səviyyəni saxlamalıyıq. "Aris" və "Rapid"i məğlub etdik. Ona görə də üzərimizdə çalışmalıyıq. Çünki bəzi səhvlər edirik. Daha yaxşı olmalıyıq. Əminəm ki, növbəti oyunda şansımız olacaq.

- "Şamaxı" səfərinə yollanacaqsınız, daha sonra isə Vyana səfəri sizi gözləyir. Yorğunluq olacaq?
- Hər oyun çətindi. Bütün rəqiblərimizə hörmətlə yanaşmalıyıq. Amma bizim oyunçularımız kifayət qədərdi. Onlar daha da konsentrasiya olub, daha da məşq etməlidilər ki, daha yaxşı olsunlar. Çalışmalıyıq ki, qarışıq heyət hazırlayaq və çempionat matçında da qalib gələk. Bütün konsentrasiyam çempionat oyununadı.

- Sizin üçün ən çətin gələn nə oldu?
- Hava şəraiti hamı üçün çətin idi.

- Çox məyus görünürsünüz. Son dəqiqədə buraxdığınız qolla bağlıdı, yoxsa "Neftçi"nin yaxşı oynamaması ilə?
- Xeyr. Sadəcə burada hamını üzgün görürəm. Mən çox sevinirəm. Çünki komandanın səviyyəsini bilirəm. Onlar üzərində nə qədər təzyiq olacağını da bilirəm. Bizim üçün böyük mqələbədi. Klub və Azərbaycan futbolu üçün böyük qələbədi. Bu gün qələbəyə layiq idik. Mükəmməl fanatlarımız var. Buna görə təşəkkürümü bildirirəm onlara. Sözsüz ki, mükəmməl idilər. Ən yaxşısına layiq idilər.

- İnanırıq k, "Neftçi" səfərdə udacaq...
- Əminliklə deyə bilərəm ki, növbəti matçda qələbə üçün hər şeyi edəcəyik.

- Son 15 dəqiqədə yaxşı oynamamağınız əvəzetmələrlə bağlı idi?
- Oyuna sonradan daxil olan futbolçuları da başa düşməyə çalışıram. Onlar meydana daxil olanda bizim üçün daha pozitiv nəticə idi. Onlar çalışdılar ki, ən azından bu nəticəni saxlasınlar. Hava şəraiti də hündürboy oyunçularımıza daha da təsir etdi. Qol epizodlarından daha yaxşı yararlanmalıyıq. Bundan sonra daha yaxşı olar. Söhbət köklənməkdən getmir. Son dəqiqələrə nəzər yetirsəniz, top Rəhmandaydı. O, Donyonun cərimə meydançasına qaçdığını gördü və saxlamadı ki, top udsun. Rəhman Donyonun daha bir qol vurmasını istəyirdi. Bəzən bu cür hallar başa verəndə komanda kimi bundan dərs almalısan. Bu cür turnirlərdə daha çox təcrübəyə ehtiyacımız var. Paltardəyişmə otağında da futbolçulara dedim ki, oyunun pozitiv hallarını düşünsünlər. Onlara bildirdim ki, Rəhmanın nə etmək istədiyinə fikir verin. Futbolçularım daha da çox qol vurmaq istəyirdi.

- Avstriyada daha sərin hava şəraitində oynayacaqsınız. Daha fərqli görünəcək bu cür havada?
- Bəzən Avstriyada Bakıdakından da isti havalar olur. Uzun müddət Avstriyada yaşamışam. Ümidvaram ki, hava şəraiti daha sərin olacaq. Məncə, bu gün "Aris"lə görüşlə fərqdə hava daha isti idi. İlk saniyələrdən futbolçularım çox böyük pressinq edirdilər. Bunun üçün çox qaçışlar edirdi. Bəzən o cür qaçışlardan sonra tez bərpa olunmaq çətinlik yaradır. Düşünürəm ki, Eddi İsrafilov üç dənə bu cür oyun oynaya bilər. Çox yaxşı hazırlıqlıdı. Amma matçın sonlarına yaxın həmin amillər ona təsir etdi. Ondan nə baş verdiyini soruşdum, nəfər ala bilmədiyini bildirdi. Başqa oyunçularda da bu cür hallar baş verdi. Səbəb axtarmaq istəmirəm. Bugünkü gün oyunun təzyiqi də bizə çətinlik yaradırdı. "Aris"lə matçdan son çox sevinmişdik. Həmin görüşdən sonra çox güc itirdik. Bu gün də oyuna yaxşı başladıq və iki qol vurduq. Futbolçularım bəzi epizodlarda daha da çoxunu verirdilər.

- Matçdan oyundan öncə "Rapid" adına görə çox şişirdilmişdi. Sizcə, onlara daha çox qol vura bilərdiniz?
- Xeyr, "Rapid"ə hörmətlə yanaşmaq lazımdı. Kənardan oyunu necə gördüyünüzü bilmirəm. Məncə, səfərdə matç Bakıdakından da ağır olacaq. Çünki "Rapid" çox çətin komandadı. Ehtiyatlı olmaq lazımdı. Avstriyada hər şeyin asan olacağını düşünmək olmaz. Ora 100 faiz hazır gemtəliyik. "Rapid"in də yaxşı fanatları olacaq. Onlar da təzyiq göstərəcək. Komandamızda bəyəndiyim amillərdən biri odur ki, hamı ürəklə oynayır. Vyanaya sona qədər mübarizə aparmağa gedəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti